Səudiyyə Ərəbistanı Yəmən xalqına qarşı yeni müharibə başladıb
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə hökuməti bu yaxınlarda Yəmənlə Ərəbistan arasında olan keçidlərində yeni qaydalar və məhdudiyyətlər tətbiq edib ki, bu da minlərlə yəmənlini qızmar hava şəraitində Səudiyyə Ərəbistanına girişə icazə almaq üçün sərhədlər arxasında saxlayıb.
“Əl-Xəbər Əl-Yəməni” vebsaytının yazdığına Səudiyyə hökuməti, Covid-19 peyvəndinin vurulmasını ölkə ərazisinə daxil olmaq üçün şərt kimi qəbul edib. Bir halda ki, Yəməndə vaksinasiyon prosesi hələ başlamamışdır. Bu səbəbdən də minlərlə qadın, uşaq və xəstə insan gecə-gündüz Əl-Vədiə keçidinin arxasındakı səhrada gözləmək məcburiyyətində qalıb.
Bu insanların çoxu müalicə üçün Səudiyyə Ərəbistanına gedir və əvvəllər dəfələrlə bu məqsədlə bu ölkəyə giriş çıxış etmişlər. İndi isə onlar müalicələrini Yəmən şəhərlərində, xüsusilə də Səyun şəhərində davam etdirmək məcburiyyətində qalmışlar.