Səudiyyə Ərəbistanı Yəməndə daha bir məğlubiyyətə uğradı
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və “Ənsarullah” hərəkatı Məarib vilayətinin qərbində növbəti uğur əldə edib.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, Məarib vilayətinin qərbindəki əl-Akra hərbi bazanın nəzarəti “Ənsarullah” hərəkatının və paytaxt Sənadakı hökumətə tabe olan ordunun nəzarətinə keçib.
İki gün gedən şiddətli döyüşlərdən sonra Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin məğlub olduğu qeyd olunur.