Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına şiddətli hava zərbələri endirib, ölənlər var

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına şiddətli hava zərbələri endirib, ölənlər var

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya Yəmənin paytaxtı Səna şəhərinə eləcə də, Şəbva, Mərib və əl-Hudeyda əyalətlərinə şiddətli hava zərbələri endirib.

SalamNews xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi koalisiyası rəsmi tvitter hesabı üzərindən Yəmənin paytaxtı Sənada bir sıra “hərbi mövqelər”ə hava zərbələri endirdiyini və burada “PUA və raketlərin anbarları”nı hədəfə aldığını bildirib.

Yerli mənbələrin məlumatına görə Yəmənin müxtəlif bölgələrinə ötən gecədə endirilən hava zərbələrində azı beş nəfər ölüb.

Şəbva, Mərib və əl-Hudeyda əyalətlərinə son sutkada ümumilikdə 34 hava zərbəsi endirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 6 =