Səudiyyə Ərəbistanı Yəmənin şimalında telekommunikasiya şəbəkələrinə hava zərbələri endirib

Səudiyyə Ərəbistanı Yəmənin şimalında telekommunikasiya şəbəkələrinə hava zərbələri endirib

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalında yerləşən Səda əyalətində telekommunikasiya şəbəkələrinə hava zərbələri endirib.

SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla xəbər verir.

Bildirilib ki, Səudiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri Səda əyalətinin Razih, Hidan və Alaf bölgələrində telekommunikasiya şəbəkələrinə şiddətli hava zərbələri endirib.

Bu hücum nəticəsində əyalətin böyük qismində telekommunikasiya və rabitə xidmətləri dayanıb.

Məlumata görə Yəmənin əl-Əmran rayonunda da bir neçə telekommunikasiya və rabitə qovşağına hava zərbələri endirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =