Səudiyyə Ərəbistanın hava limanına PUA-larla hücum edilib, azı 10 yaralı var

Səudiyyə Ərəbistanın hava limanına PUA-larla hücum edilib, azı 10 yaralı var

Səudiyyə Ərəbistanı ölkənin cənubunda yerləşən hava limanının husilər tərəfindən hücuma məruz qaldığını bildirib.

Bu barədə Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS xəbər verir.

Bildirilib ki, husilər PUA-larla Cizan əyalətində “Məlik Abdulla” hava limanını PUA-larla hədəfə alıblar.

Məlumata görə bu hücum nəticəsində hava limanında 10 nəfər yaralanıb və xəsarət alıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu müdaxilə fonunda husilər intensiv şəkildə Səudiyyə Ərəbistanın cənub bölgələrini ballistik raket və PUA-larla hədəfə alırlar.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 1 =