Səudiyyə Ərəbistanına bağlı qüvvələrdən onlarla zabit və briqada Yəmənin Ənsarullahına qoşulub

Səudiyyə Ərəbistanına bağlı onlarla koalisiya qüvvələri Mərib əyalətindəki koalisiya kazarmalarından qaçaraq Ənsarullaha və Yəmənin Milli Qurtuluş Hökumətinə qoşulub.
Bu barədə məlumatlı mənbələr bu gün, çərşənbə axşamı “Yəmen Press” xəbər saytına bildiriblər. Səudiyyə koalisiyası və Mənsur Hadi hökumətinə bağlı onlarla muzdlu əsgər peşmançılıqlarını bildirərək təcavüzkarlardan ayrılıb.
Mənbələr Səudiyyə koalisiyasının muzdlularının 114-cü və 310-cu batalyonlarının 40-a yaxın zabit və heyətinin Səudiyyə Ərəbistanı və BƏƏ-dən ayrıldığını bildirib. Bu qüvvələr bu ayrılıqdan sonra Ənsarullah qüvvələri və Yəmən ordusuna qoşulub.
Məlumata görə, koalisiyadan ayrılan zabit və əsgərlər Səudiyyə koalisiya qüvvələrinin Məribin cənubundakı Ubeydə vadisində yerləşən kazarmalarından Yəmənin Milli Qurtuluş Ordusu və Ənsarullah qüvvələrinin nəzarətində olan Məribin qərbindəki Əl-Cuba məntəqəsinə qaça biliblər.
Ötən il yanvarın 11-də Səudiyyə koalisiyasının istifadə etdiyi 300-dən çox ünsür koalisiyadan ayrılaraq Yəmən Ənsarullahına qoşulub.
Bu xəbər Yəmən Milli Qurtuluş Hökumətinin mətbuatı və rəsmiləri tərəfindən hələlik təsdiqini tapmayıb. Bu xəbər təsdiqlənərsə, bu parçalanma Mərib cəbhəsində yaradılmış balansa kölgə sala və Ənsarullah və milli qurtuluş hökumətinin xeyrinə başa çata bilər.