Səudiyyə Ərəbistanında daha bir şiə din xadiminin həbsi

Səudiyyə Ərəbistanında daha bir şiə din xadiminin həbsi

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tanınmış şiə din xadimi Şeyx Kazim Əl-Ömərini həbs edib.

Şeyx Əbdüllətif Ən-Nasir də 8 il müddətinə azadlıqdan məhrum edilib.

Səudiyyə şiə mənbələrinin məlumatına görə, Səudiyyə təhlükəsizlik qüvvələri son günlər Mədinədə tanınmış din xadimi Şeyx Kazim Əl-Ömərini həbs edib.

Səudiyyə Ərəbistanı məhkəməsi də Şeyx Əbdüllətif Ənl-Nasirə 8 il həbs cəzası verib.

Səudiyyə mənbələrinin məlumatına görə, Şeyx “Kazim Əl-Öməri” mərhum Ayətullah Məhəmməd Əl-Ömərinin oğlu və Ayətullah Sistaninin Mədinədəki nümayəndəsidir.

O, 2010-cu ildə də həbs edilib. Onun bu yaxınlarda həbsinin səbəbi hələlik məlum deyil və Səudiyyə rəsmiləri bu barədə açıqlama verməyib.

Bu arada 2019-cu ilin iyun ayından həbsdə olan Şeyx Əbdüllətif Ən-Nasir Səudiyyə Ərəbistanı məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, Bəhreynə getməyi planlaşdırarkən Bəhreyn və Səudiyyə arasındakı sərhəddə yerləşən Məlik Fəhəd körpüsündə həbs edilib və indi, iki il yarımdan çox vaxt keçdikdən sonra, yenicə mühakimə olunub.

Səudiyyə Ərəbistanında şiələrə qarşı zülm həmişə olub, lakin Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının vəliəhdi kimi hakimiyyətə gəldikdən sonra Səudiyyə cəmiyyətinin digər təbəqələri ilə birlikdə şiələr də ciddi şəkildə repressiyaya məruz qalıblar.

Son aylarda ən azı dörd şiə gənc Səudiyyə rejiminə etiraz etdikləri üçün edam edilib.

Qətif şəhərindən olan Müslim ibn Məhəmməd Əl-Muhsin oktyabr ayında, Qatifdəki Ummul-Humam şiə bölgəsinin sakini Məkki Kazim Əl-Ubeyd noyabr ayında,

Qatifin şimalındakı Əl-Qədih ərazisindən Əhməd Sədi Əli Əl-Cənbi avqust ayında və Tarutdan olan şiə gənc Mustafa ibn Haşim ibn İsa Əd-Dərviş iyun ayında edam edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 8 =