Səudiyyə Ərəbistanında gənc bir şiəyə ölüm hökmü çıxarılıb

Səudiyyə Ərəbistanında gənc bir şiəyə ölüm hökmü çıxarılıb

İnsan haqları təşkilatları Ali-Səud rejiminin dinc etirazlarda iştirak etdiyinə görə gənc şiəyə qarşı ölüm hökmü çıxardığını açıqlayıb.

Tasnim xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının ixtisaslaşdırılmış cinayət məhkəməsi səudiyyəli şiə fəalı Məhəmməd Abdullah əl-Fərəc”ə qarşı saxta ittihamlarla ölüm hökmü çıxarıb.

 “Saudi Leaks”in məlumatına görə, Məhəmməd Abdulla əl-Fərəc təhlükəsizlik qüvvələri tərəfindən axtarışa verilməyib və özəl sektorda işçi kimi çalışıb. 2017-ci il fevralın 28-də mülki geyimli təhlükəsizlik işçiləri onun Əd-Dəmmamdakı iş yerinə basqın edərək, həbs qərarı olmadan onu istintaq təcridxanasına aparıblar.

O, həbs olunduqdan bir həftə sonra ailəsinə həbs olunduğunu bildirə bilib. Səudiyyə hakimiyyəti onu təkadamlıq kameraya salıb və o, 4 ay ərzində ailəsi ilə əlaqə saxlamayıb.

Məhəmməd Abdulla əl-Fərəc həbsxanada işgəncələrə məruz qalıb. Onu uzun müddət asılı vəziyyətdə saxlayıblar və huşunu itirənə qədər təpikləyiblər.

Səudiyyə rəsmiləri etiraf etmədiyi təqdirdə onun bacılarını həbs edəcəyi ilə hədələyib. Onun bacısı da noutbuku gizlətmək ittihamı ilə dindirilməyə çağırılıb. Müstəntiq Əl Fərəci etiraf sənədlərini imzalamağa məcbur edib və onları oxumağa icazə verməyib.

Dörd il həbsdən və onun dəfələrlə etdiyi xahişlərdən sonra Səudiyyə hakimiyyəti onun üçün vəkil təyin edib, lakin vəkil əməkdaşlıq etməyib və dinləmələrin vaxtı barədə ailəni məlumatlandırmayıb.

  İlk məhkəmə iclası 6 sentyabr 2019-cu il tarixində keçirilib. Həmin məhkəmə daha 5 məhbusun iştirakı ilə keçirilib.

Ali-Səud prokurorluğu onu bir neçə ittihamda, o cümlədən, hakim Məhəmməd Əl-Ciranini öldürmək üçün terrorçu qruplaşmada iştirakda, təhlükəsizlik təlimi keçirməkdə və təhlükəsizlik qüvvələrinə və onların maşınlarına atəş açmaqda, hökumət əleyhinə şüarlar səsləndirməkdə və axtarışda olan şəxslərə tibbi yardım göstərməkdə ittiham edib..

Bu ittihamlara əlavə olaraq, Səudiyyə Ərəbistanı Prokurorluğu Əl-Fərəcə qarşı digər ittihamlar da irəli sürüb, o cümlədən, dinc aksiyalar keçirmək, sosial şəbəkələrdə qruplara qoşulmaq yolu ilə ictimai təhlükəsizliyi quruluşu pozmağa cəhd buna misaldır.

İnsan haqları təşkilatları Əl-Fərəcin məhkəmədə ittihamların siyahısını eşidəndə əsəb sarsıntısı keçirdiyini açıqlayıb. 2022-ci il noyabrın 3-də cinayət məhkəməsi ona ölüm hökmü çıxarıb və iş hazırda apellyasiyadadır.

Bu səudiyyəli fəal rəsmi orqanlara, o cümlədən Ali Məhkəmə Şurasına çoxsaylı şikayətlər təqdim edərək, hakim qarşısında işgəncələrə məruz qaldığını, lakin şikayətlərinin heç birinin araşdırılmadığını vurğulayıb.

İnsan haqları dairələri bildirdilər ki, Əl-Fərəcə qarşı irəli sürülən ittihamlar ölüm hökmünün siyasi istifadəsini açıq şəkildə göstərir, çünki məhkəmə nümayişlərdə iştirak etməyi və kral ailəsinə qarşı şüarlar səsləndirməyi ölümlə cəzalandırılan ittihamlar hesab edir.

Bu yaxınlarda Avropa İnsan Haqları Təşkilatı Səudiyyə Ərəbistanı Cinayət Məhkəməsinin iki şiə vətəndaşı Əli Məhəmməd Ər-Rəbi və Əlihəsən Əs-Səfvani barəsində ölüm hökmü çıxardığını açıqlayıb.

Səudiyyə Ərəbistanında müxaliflərin sıxışdırılması, xüsusilə Salman bin Əbdüləzizin kral və oğlu Məhəmmədin vəliəhd şahzadə olmasından sonra əhəmiyyətli dərəcədə artıb və Səudiyyə sistemini tənqid edənlərlə yanaşı, Məhəmməd bin Salmanın şəxsən özünün də müxaliflərini əhatə edib.

İndiyədək onlarla səudiyyəli şiə Ali-Səud təhlükəsizlik aparatı tərəfindən həbs edilib. Səudiyyə Ərəbistanında şiə fəalların və Səudiyyə hökuməti əleyhdarlarının həbsi həmişə mövcud olsa da, Məhəmməd bin Salmanın vəliəhd şahzadəsi olduğu 2017-ci ilin iyun ayından bəri şiələrin və səudiyyə müxaliflərinin həbsi və repressiya prosesi xeyli artıb.

2019-cu ilin may ayında Səudiyyə Ərəbistanı hökuməti 37 nəfəri edam edib və soyuqqanlı şəkildə başlarını kəsib. Həmçinin, 2022-ci il martın 12-də Səudiyyə Ərəbistanının şərqindəki Əl-Əhsa və Qətif bölgələrində 41 şiə etirazçı və sakin edam edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + one =