Səudiyyə Ərəbistanında iraqlı tələbənin həbsinə Bağdaddan reaksiya

Səudiyyə Ərəbistanında iraqlı tələbənin həbsinə Bağdaddan reaksiya

İraq Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının iraqlı tələbəni saxlama hərəkətinə reaksiya verib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əs-Səhaf səudiyyəlilərin iraqlı tələbə Vəlid Əz-Zeydini Ümrə ziyarəti zamanı həbs etməsinə münasibət bildirib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, “Şeyx Vəlid Əz-Zeydinin işi və onun Səudiyyə Ərəbistanı daxilində saxlanması ilə bağlı yayılan məlumatların təqibi üçün addımlar atılıb.”

İraqın daxili mənbələri dünən Səudiyyə rəsmilərinin Ümrə ayinlərini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edən Şeyx Vəlid əl-Zeydini həbs etdiyini açıqlayıb.

Onun Səudiyyə Ərəbistanına ziyarət karvanı ilə getdiyi və bir neçə gün əvvəl həbs edildiyi bildirilir.

Bu mənbələrə görə, həbs olunduğu zaman bu həbslə bağlı yoldaşlarına heç bir izahat verilməyib və onun Ümrəyə getdiyi karvanın bu gün İraqa qayıtması planlaşdırılır.

Shafaq News xəbər verib ki, İraq Ümrə Həccinin Ali Şurası Səudiyyə rəsmilərindən Ümrə mərasimləri zamanı həbs etdikləri iraqlıları tez bir zamanda azad etməyə çağırıb və Səudiyyə rəsmiləri Əz-Zeydini azad edəcəklərinə söz veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =