Səudiyyə Ərəbistanında şiə din xadimi saxlanıldı
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri Qətif şəhərində daha bir şiə din xadimini saxlayıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanıb ki, Seyid Haşim əş-Şəxs adlı şiə din xadiminin evinə basqın reallaşdırılıb və evdəki ailə üzvlərinə də hücum edilib.
Din xadiminin yaşadığı məhəllənin də hadisə zamanı qapadıldığı diqqətə çatdırılıb.