Səudiyyə Ərəbistanında şiə din xadiminə 8 il həbs / Mədinədə daha bir din xadiminin saxlanılması
Xəbər mənbələri Şeyx Kazim Əl-Ömərinin bu həftənin əvvəlində Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən Mədinədə həbs edilməsini, həmçinin Səudiyyə məhkəməsinin ölkədəki başqa bir din xadimi Şeyx Əbdül Lətif Ənl-Nasirə səkkiz il həbs cəzası kəsdiyini bildirib. .
Londonda yerləşən “Ən-Nəbə” xəbər kanalı Səudiyyə Ərəbistanının terror məhkəməsinin Səudiyyə Ərəbistanının şərqindəki Dəmmam şəhərinin sakini, ruhani Şeyx Əbdüllətif Ən-Nasiri 8 il həbs cəzasına məhkum etdiyini bildirib.
Şeyx Ən-Nasir 2019-cu ilin iyun ayında ailəsi ilə səyahət edərkən Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasındakı Əl-Məlik Fəhəd körpüsündə əsassız olaraq həbs edilib.
Digər tərəfdən, dərc edilən xəbərlər göstərir ki, Səudiyyə təhlükəsizlik qüvvələri bu həftə Səudiyyə Ərəbistanının digər şiə din xadimi Şeyx Kazim Əl-Ömərini də həbs edib.
Ən-Nəbənin məlumatına görə, Əl-Öməri Mədinənin görkəmli simalarından olan Şeyx Məhəmməd Əl-Ömərinin oğludur.
Səudiyyə Ərəbistanı xüsusilə şərq bölgəsində siyasi motivli həbsləri və siyasi yazarlara və hüquq fəallarına qarşı mühakimələri gücləndirib.