Səudiyyə Ərəbistanında şiə müsəlmanlarına qarşı təzyiq artıb
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri şiə müsəlmanlarına qarşı son günlər təzyiqi daha da artırıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, əş-Şərqiyə və Qətif bölgələrində son günlər ümumi olaraq 34 din xadimi və şiə fəalı saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslərin məhkəmələri belə gizli keçirilir və ailə üzvləri ilə görüşlərinə icazə verilmir.