Səudiyyə Ərəbistanının hücumu nəticəsində 2 yəmənli şəhid olub

Səudiyyə Ərəbistanının hücumu nəticəsində 2 yəmənli şəhid olub

Səudiyyə Ərəbistanının Yəmənin şimalına hücumundan sonra bu ölkənin 2 vətəndaşı şəhid olub və 4 nəfər yaralanıb.

Yəmən mənbələri, bu gün günorta (çərşənbə günü) Səudiyyə Ərəbistanının hücumundan sonra bu ölkə vətəndaşlarının bir neçəsinin şəhid olması və yaralanması barədə məlumat verib.

 “Əl-Məsirə” kanalı Səədə vilayətindəki müxbirinə istinadən bildirib ki, Səudiyyə Ərəbistanının Mənbə şəhərinin “Əl-Məqnə” bölgəsinə hücumu nəticəsində 2 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Bu Yəmən kanalının xəbərinə əsasən, hücumun qurbanları Səədədəki “Əl-Cumhuri” xəstəxanasına aparılıb.

Ötən günlərdə Yəmən mediası bu ölkənin şimalında Səudiyyə sərhədçilərinin hücumları ilə bağlı oxşar xəbərlər dərc etmişdi.

Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2015-ci il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyası heç bir məqsədinə nail ola bilmədi və yalnız on minlərlə yəmənlinin ölümü və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun dağıdılması, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =