Səudiyyə Ərəbistanının İranda diplomatik təmsilçiliklər açacağı tarix məlum olub

Səudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliklərinin açılacağı tarix məlum olub.
APA xəbər verir ki, bu barədə “Əl-Vətən” qəzeti məlumat yayıb.
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu Qurban bayramından sonra açılacaq.
Apa.az