Səudiyyə Ərəbistanının tanınmış şiə ruhanisinə 4 il həbs cəzası verilib

Səudiyyə Ərəbistanının tanınmış şiə ruhanisinə 4 il həbs cəzası verilib

Media mənbələri Səudiyyə Ərəbistanının tanınmış şiə din xadiminə dörd il həbs cəzası verildiyini açıqlayıb.

Əl-Əhd xəbər saytının məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti ölkə şiələrinə qarşı sərt tədbirlərini davam etdirərək, Mədinə şəhərindəki şiə liderlərindən Şeyx Kazim Əl-Əmrini 4 il həbs cəzasına məhkum edib.

Noyabrın sonunda Səudiyyə hökuməti bu tanınmış Səudiyyə şiə ruhanisini ikinci dəfə həbs etmişdi.

Şeyx Kazim Əl-Əmri Əllamə Məhəmməd Əl-Əmrinin oğludur və Səudiyyə Ərəbistanı və Mədinənin görkəmli dini şəxsiyyətlərindən biri hesab olunur.

Şeyx Kazim Əl-Əmri 2009-cu il avqustun 11-də Səudiyyə hərbçilərinin dini mərkəz olan Mədinə şəhərində ofisinin və məscidinin də yerləşdiyi onun atasından qalma təsərrüfat sahəsinə basqından sonra həbs edilmişdi.

Hazırda çoxlu sünni və şiə alimləri, siyasi, hüquqi və ictimai fəallar Səudiyyə hökumətinin həbsxanalarındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + fourteen =