Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənin qərbindəki Əl-Hədidə əyalətində atəşkəsi 160 dəfə pozub.

Əl-Masira Xəbər kanalı şənbə gecəsi məlumatlı bir mənbəyə istinadən, 16-cı km-də hərbi istehkamların qurulması və Əl-Cəbaliyyə, Əl-Cah və 16-cı km əraziləri üzərində səkkiz casus təyyarəsinin uçuşunun atəşkəs pozuntuları arasında olduğunu bildirdi.

Mənbə bu müddət ərzində işğalçı qüvvələr tərəfindən 48 raket və artilleriya hücumu və 100-dən çox atəşin həyata keçirildiyini qeyd edib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Sudan və Amerika ilə birlikdə 26 aprel 2015-ci il tarixində Ərəb-Amerika koalisiyası yaratfı və Yəməni istila etməyə başladı, lakin son altı ildə BƏƏ və ABŞ xaricində digər Səudiyyə müttəfiqləri Koalisiyadan çıxdı.

Səudiyyə koalisiyasının Yəmənə təcavüzündən sonra minlərlə yəmənli öldürüldü və Birləşmiş Millətlər Təşkilatına görə, bu ölkədəki aclıq dünyanın ən böyük humanitar fəlakətinə çevrildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =