Səudiyyə Ərəbistanı hansı halda İsraili tanıya bilər?

Səudiyyə Ərəbistanı hansı halda İsraili tanıya bilər?

ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, Səudiyyə Ərəbistanı hakimiyyəti İsraillə diplomatik əlaqələr qurmağa razılaşa bilər.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Trampın vasitəçiliyi ilə İsraillə saziş bağlanarsa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud bu sazişi dəstəkləyə bilər. Eyni zamanda, agentliyin məlumatına görə, Səudiyyə rəhbərliyi ilə danışıqlarda 2020-ci ildə seçkidə Trampın məğlubiyyətindən sonra da bu məsələdə Məhəmməd bin Salmanla əlaqə saxlamağa davam etdiyi iddia edilən ABŞ-nin keçmiş prezidentinin kürəkəni Cared Kuşner iştirak edəcək.

Məlumata görə, ABŞ-dəki seçki yarışı Demokratlar Partiyasının namizədi Kamala Harrisin qələbəsi ilə başa çatsa belə, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş əldə olunacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, bu halda İsraillə müqavilə bağlamaq üçün daha çox vaxt lazım ola bilər.

Səudiyyə Ərəbistanı və İsrail uzun müddətdir ki, münasibətləri normallaşdırmaq üçün səy göstərirlər. Lakin 2023-cü ildə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra bu proses dayandırılıb. 2024-cü ilin sentyabrında Məhəmməd bin Salman müstəqil Fələstin dövləti yaranmadan ölkəsinin İsraili tanımayacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 8 =