Səudiyyə Ərəbistanı: İsrail rejimi ilə münasibətlərin normallaşması “çox çətin” məsələdir

Səudiyyə Ərəbistanı: İsrail rejimi ilə münasibətlərin normallaşması “çox çətin” məsələdir

          Səudiyyə Ərəbistanının Londondakı səfiri ölkəsinin sionist İsrail rejimi ilə münasibətlərinin normallaşmasını təxminən qeyri-mümkün hesab edərək deyib: Fələstin xalqının hüquqlarını itirmək bahasına başa gəlmə imkanı olan Ər-Riyad və Təl-Əviv arasında münasibətlərin normallaşması təqribən imkansızdır.

İRNA-nın Səudiyyə mediasına istinadən verdiyi xəbərə görə, bu ölkənin Londondakı səfiri Xalid bin Bəndər bu gün (21 iyun) deyib: İsraillə münasibətlərin normallaşdırılması məsələsi Səudiyyə Ərəbistanı üçün Fələstin xalqının mənafeyinin təmin olunması təqdirində önəmli ola bilər.

Xalid bin Bəndər həmçinin deyib: Fələstin dövlətinin yaradılması və münaqişənin aradan qaldırılması üçün həll yolu olmadan münasibətlərin normallaşması vacib deyil və bunun heç bir faydası ola da bilməz. Çünki bizim münaqişələrimiz davam edəcək və bu münaqişə problemdir.

Səudiyyə Ərəbistanının Londondakı səfiri Ər-Riyadın Fələstin xalqının öz müqəddəratını təyin etmə və müstəqil Fələstin dövlətinin yaradılması haqqı hesabına sionist İsrail rejimi ilə münasibətləri normallaşdırmayacağını bir daha diqqət mərkəzinə çəkərək Fələstin dövlətini rəsmi surətdə tanıdığını da elan edib. Bu, Fələstin dövlətinin yaradılması ilə bağlıdır, çünki biz Fələstin dövlətinin artıq mövcud olduğuna inanırıq və bu barədə beynəlxalq konsensus axtarırıq.

Şahzadə Xalid bin Bəndər Qəzzada mövcud vəziyyətin davam etməsinə qarşı xəbərdarlıq edib və bu məsələnin bizi dönüşü olmayan bir yola salacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 2 =