Səudiyyə Ərəbistanı Livanda baş verən son hadisələrdən narahatdır

Səudiyyə Ərəbistanı Livanda baş verən son hadisələrdən narahatdır

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Livandakı son hadisələri böyük narahatlıqla izlədiyini elan edib.

İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu gün səhər (30 sentyabr) Livanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının zəruriliyini vurğulayaraq deyib: Ər-Riyad hökuməti Livan xalqı ilə həmrəydir və bu böhranın humanitar nəticələrinin azaldılmasının vacib olduğunu düşünür və dünya ictimaiyyətindən regionun təhlükəsizliyi və sabitliyinin qorunmasında üzərinə düşən məsuliyyəti yerinə yetirməyi xahiş edir.

Bəyanatda həmçinin Livan xalqına dəstək üçün tibbi və yardım göndərilməsi əmri verildiyi deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + nine =