Səudiyyə Ərəbistanı mümkün İran-İsrail müharibəsini öncədən görərək neft ixracını artırıb!

Səudiyyə Ərəbistanı mümkün İran-İsrail müharibəsini öncədən görərək neft ixracını artırıb!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Yaxın Şərqdə müharibə ehtimalının artdığı bir vaxtda Səudiyyə Ərəbistanı iyun ayında ya ehtiyat neft anbarlarına müraciət edib, ya da OPEC+ tərəfindən açıqlanandan daha çox neft hasil edib. Beynəlxalq tankerlərin hərəkətinə dair məlumatlar krallığın mümkün müharibə öncəsi logistika xərclərinin artacağından qorxaraq maksimum neft ixrac etməyə çalışdığını göstərir.

May ayında Donald Tramp ilə Məhəmməd bin Salmanın görüşündən sonra bəzi mənbələr Vaşinqtonun İranla mümkün hərbi qarşıdurması fonunda hasilatın artırılması ilə bağlı səssiz bir razılaşma əldə olunduğundan şübhələnir.

Reuters-in araşdırmasına əsasən:

“Arab Light” markalı neftin avqust ayı üçün qiyməti 0,50–0,80 dollar/barrel arasında artaraq son 4 ayın ən yüksək səviyyəsinə çata bilər (bəzi bazarlarda 2 dollaradək əlavə premium tətbiq edilə bilər)

Yay aylarında benzinə yüksək tələbat və artan geosiyasi risklər bu artımı daha da gücləndirirOPEC+ alyansı avqust ayında hasilatın yenidən artırılması istiqamətində addımlar ata bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =