Səudiyyə Ərəbistanı Qəzzə xalqına dəstəkdir

Səudiyyə Ərəbistanı Qəzzə xalqına dəstəkdir

Səudiyyə Ərəbistanı xarici işlər nazirliyi sionist rejimin Qəzzə xalqına qarşı vandallığını pisləyə bir bəyanat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda deyilir: Fələstin xalqının Qəzzədən məcburi köçürülməsinə qətiyyətlə etiraz edirik. Qəzzə əhalisinin ilkin ehtiyaclardan məhrum edilməsi, şərəfli həyatlarına vurulan zərbə, insan haqları və beynəlxalq qanunların pozulmasını pisləyirik.

Qeyd edək ki, Fələstin Səhiyyə nazirliyinin məlumatına əsasən, 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatının 7-ci gününə verdiyi məlumata görə Qəzzədə sionist rejimin amansız hücumlarında 1900 nəfər həlak olub. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı sionist rejimlə əlaqələrinin normallaşması üçün qoyduğu ilkin şərt Fələstin xalqının hüquqlarının geri qaytarılması idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =