Səudiyyə Ərəbistanı Qəzzada atəşkəsə nail olmaq səylərinə dəstək verir

Səudiyyə Ərəbistanı Qəzza zolağında atəşkəsə nail olmaq və bölgədəki böhran vəziyyətini həll etmək səylərini dəstəklədiyini açıqlayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi dünən gecə (9 avqust) Qətər, Misir və ABŞ liderlərinin bəyanatı və Qəzza zolağında atəşkəs danışıqlarının bərpası tələbinə reaksiya verib.
Bəyanatda deyilir: Biz atəşkəs razılaşmasının əldə edilməsi və bu bölgədəki böhranlı vəziyyəti həll etmək səylərini dəstəkləyir, İsrail və HƏMAS-dan vasitəçilərin atəşkəs danışıqlarının bərpası tələbini alqışlayır.
Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Şurasının müşaviri Con Kirbi Qəzza zolağında atəşkəs danışıqlarının gələn cümə axşamı Dohada keçiriləcəyini bildirib.