Səudiyyə Ərəbistanında məscidin tavanı aramsız yağışlara davam gətirməyib uçdu

Son günlər Səudiyyə Ərəbistanında bu ölkəyə xas olmayan qeyri-stabil hava şəraiti hökm sürür.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ölkənin Zəhran şəhərində yerləşən Kral Fahd Neft və Minerallar Universitetinin məscidinin tavanının yağış sularına davam gətirməyərək uçduğu əks olunub.