Səudiyyə koalisiyası Amerika filminin şəkillərini “Ənsarullah raket tətikləmə meydançası” kimi təqdim edib
Yəmən rəsmiləri bildiriblər ki, Səudiyyə koalisiyasının sözçüsü böyük bir rüsvayçılıqla Amerika filmindən kopyalanmış klipi yayımlayıb və onu Əl-Hədidədəki Ənsarullah raket tətikləmə məntəqəsi kimi təqdim edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri vurğulayıb ki, Səudiyyə təcavüzkar koalisiyasının sözçüsü “Türki Əl-Maliki” açıq-aşkar bir yalanla Yəmən raketlərini hədəf aldıqlarını iddia edib. Halbuki, bu, bir Amerikan filmindən kopyalanan görüntülərdir.
Yəhya Səri əlavə edib: Təcavüzkar koalisiyasının bütün təlaşı əvvəldən yalan danışmaq, faktlar uydurmaq və sadə kütləni aldatmaq olub, lakin yalançı sonda rüsvay olar.
Yəmən Milli Qurtuluş Hökumətinin milli müzakirələr qrupunun rəhbəri də vurğulayıb:
Bu, təcavüzkar koalisiya sözçünün Amerika filmindən bir klipi kopyalayaraq onun Əl-Hədidədəki Ənsarullah raket obyekti olduğunu iddia etməsi çox gülüncdür.
O, əlavə edib: “Təcavüzkar koalisiyası meydandakı itkilərini kəşfiyyat və media sahəsində gülünc və məzəli qələbələrlə kompensasiya etmək istəyir.”