Səudiyyə koalisiyası öz mövqelərinə hava zərbələr endirdi

Səudiyyə koalisiyası öz mövqelərinə hava zərbələr endirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənli hərbi mənbələrdən biri, Səudiyyə koalisiya qırıcılarının, Marib vilayətinin Nəxla bölgəsindəki öz silahlıları yerləşən ərazini bombaladığını və nəticədə bir neçə nəfərin öldüyünü və yaralandığını söyləyib.

“Əl-Məyadin” telekanalının yazdığına görə, bu hava hücumunda Səudiyyə Ərəbistanına bağlı silahlı qruplaşmaya məxsus bir avtomobil də məhv edilib. Bir hərbi mənbəyə görə, bu hava hücumları qəsdən baş vermiş və daxili hesablaşma məqsədi daşıyır. Bundan öncə də belə hücumlar dəfələrlə həyata keçirilmişdir, son zamanlar isə daha da artmaqdadır.

Yəmən hərbi mənbələrinə görə, silahlı qruplaşmaların təslim olması və qəbilələr ilə Yəmən Milli Qurtuluş Hökuməti arasında bitərəf müqavilələrin imzalanması artdıqca belə hücumların sayı da çoxalıb.

Digər tərəfdən, Yəmən qəbilələrinin Səna hökumətinin qüvvələrinə qoşulmasının əsas səbəblərindən biri də Səudiyyə qırıcılarının hava hücumlarıdır. Keçən ilin sentyabr ayında Sam insan haqları təşkilatı bir hesabatda bildirib ki, müharibənin başlanğıcından bəri Səudiyyə koalisiya qırıcıları 63 dəfə istefa vermiş Mənsur Hadi hökuməti qüvvələrinin mövqelərini hədəfə almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 9 =