Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənə 103 dəfə hücum edib

Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənə 103 dəfə hücum edib

Yəmənli hərbi mənbə Səudiyyə koalisiya qüvvələrinin Hədidənin cənubunda son 24 saat ərzində həyata keçirdiyi hücumların sayının 103-ə çatdığını bildirib.

Səudiyyə Ərəbistanının Yəməndəki hərbi əməliyyatları dayandırdığını iddia etməsinə baxmayaraq, yəmənli hərbi mənbə Səudiyyə koalisiya qüvvələrinin Hədidənin cənub cəbhələrinə son bir gündə yeni hücumlarının sayının 103-ə yüksəldiyini bildirib.

 “Əl-Məyadin” saytının məlumatına görə, “Səudiyyə koalisiyasının yeni pozuntuları arasında casus təyyarələrin Heys və Əl-Cəbəliyə hava məkanı üzərində uçuşu, həmçinin bu təyyarələrə dörd hücumu daxildir.”

O əlavə edib: “Səudiyyə koalisiyasının təcavüzünün daha 7 hadisəsi artilleriya mərmiləri ilə, daha 80 hadisə isə müxtəlif güllələrin atılması ilə qeydə alınıb.”

İki gün əvvəl Səudiyyə koalisiya qüvvələri tərəfindən Hədidənin cənub cəbhələrində 115 yeni hücum həyata keçirilib. Səudiyyə koalisiyasının kəşfiyyat təyyarələri Yəmənin qərbindəki Hədidə əyalətinin cənub sahilindəki Heys bölgəsinə həmlə edib.

Bundan əlavə, Səudiyyə koalisiyasının işğalçı qüvvələri ordu və xalq komitələrinin nəzarətində olan əraziləri 84 raket və top mərmisi ilə bombalayıb. Koalisiyanın Heys bölgəsində və Taiz əyalətinin qərbindəki “Məkbanə” bölgəsində döyüş istehkamlarının yaradılması kimi başqa pozuntuları da olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 11 =