Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan gəmini ələ keçirib

Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan gəmini ələ keçirib

Yəmən Neft Şirkəti bazar ertəsi gecə Səudiyyə koalisiyasının bu ölkədən yanacaq daşıyan gəmini ələ keçirdiyini açıqlayıb.

İRNA-nın Əl-Məsirəyə istinadən verdiyi xəbərə görə, Yəmən Neft Şirkətinin sözçüsü Əssam Mütəvəkkəl deyib: “Səudiyyə koalisiyası Yəmən üçün benzin daşıyan “İnfektiyus” adlı gəmini bu ölkənin sularında ələ keçirib.

O, əlavə edib: Səudiyyə koalisiyası BMT-nin yoxlama və icazəsinə baxmayaraq, bu Yəmənin yanacaq daşıyan gəmisini ələ keçirib.

Bu hesabata görə, Səudiyyə koalisiyası tərəfindən ələ keçirilən Yəmən yanacaq gəmilərinin sayı üç gəmiyə çatıb.

Bundan əvvəl Yəmən Neft Şirkəti təcavüzkar koalisiyanı və BMT-ni uğursuz cəhdlərdə və ağır nəticələri olan yanlış məhdudiyyətlərin tətbiqində günahlandırmışdı.

Yəmən mediasının məlumatına görə, avqust və sentyabr ayları ərzində Səudiyyə koalisiyası BMT-nin yoxlaması və icazəsinə baxmayaraq, Yəmən yanacağı daşıyan 13 gəmini ələ keçirib.

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat bundan əvvəl Səudiyyə koalisiyasına yanacaq daşıyan gəmilərin ələ keçirilməsinin davam etməsi ilə bağlı xəbərdarlıq etmişdi ki, bu da atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Yəmənin Müdafiə naziri həmçinin vurğulayıb ki, Yəmənin silahlı qüvvələri bu ölkənin Ali Siyasi Şurasının rəhbərinin istənilən qərarını həyata keçirməyə tam hazırdır.

Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn, Sudan, Misir və Küveytlə birlikdə 2014-cü il aprelin 6-da qondarma ərəb koalisiyası yaratmaqla Yəmənə qarşı təcavüzə başlamışdı, lakin bu qəddar təcavüzdən, təxminən, 7 il sonra Səudiyyə Ərəbistanının digər müttəfiqləri koalisiyadan çıxdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =