Səudiyyə koalisiyası Yəməndəki bölgələrdən qəfildən geri çəkilməyə başladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bəzi yerli mənbələr Əl-Məyadin xəbər telekanalına bildiriblər ki, Səudiyyə koalisiyası qüvvələri Əl-Hudeydə şəhərinin müxtəlif bölgələrindən Taiz əyalətinin qərb hissəsindəki əl-Maxaya çəkiliblər.
Mənbələr Əl-Məyadin telekanalına bildiriblər ki, Səudiyyə koalisiyasına bağlı qüvvələr əl-Hudeydədəki onlarla mövqedən təəccüblü şəkildə geri çəkiliblər.
Mənbələr vurğulayıblar ki, koalisiya qüvvələrinin Əl-Hudeydədən qəfil geri çəkilməsinun məqsədi böyük ehtimalla Yəmənin istefa vermiş hökuməti və Məribdəki Əl-İslah partiyasının qüvvələrinə kömək etməkdir.
Digər xəbərə görə, “Əl-Bəvvabə Əl-Yəməniyyə Əl-Əxbariyyə” internet saytı Mərbdən cənubda yerləşən Vadi Ubeyda şəhərində Əl-Fələc strateji bölgəsinin azad edilməsi barədə məlumat yayıb.
Məlumata görə, Yəmən qüvvələri Mərib şəhərinin cənub məhəllələrinə yaxınlaşıb və istefa vermiş hökumətin çoxlu sayda qüvvələri şəhər mərkəzinə qaçmağa məcbur olub.