Səudiyyə koalisiyası Yəmənin Əl-Hədidə şəhərinə hücum edib

Səudiyyə koalisiyası Yəmənin Əl-Hədidə şəhərinə hücum edib

Xəbər mənbələri cümə axşamı səhər saatlarında Səudiyyə koalisiyasının Yəmənin Əl-Hədidə vilayətini hava, raket və artilleriya hücumları ilə hədəfə aldığını və son 24 saat ərzində bu əyalətdə iddia edilən atəşkəs rejimini 38 dəfə pozduğunu bildirib.

Yəmənin rəsmi xəbər agentliyinin (Səba) verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin Əl-Hədidə əyalətindəki əməliyyat otağı Səudiyyə koalisiyasına məxsus kəşfiyyat və casus pilotsuz təyyarələrinin bu əyalətin bölgələrinin səmalarına daxil olaraq patrul xidməti həyata keçirdiklərini açıqlayıb.

Bu məlumata görə, Səudiyyə koalisiyasının raket hücumları Əl-Hədidə vilayətinin müxtəlif bölgələrində davam edib və Səudiyyə koalisiyasının artilleriya bölməsi də Heys və Cəbəliyyə şəhərlərindəki əraziləri hədəf alıb.

Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Bu atəşkəsin 2 aylıq uzadılması avqustun 11-də başa çatıb, yenidən uzadılıb və oktyabrın 10-da başa çatıb.

Bundan əvvəl Yəmən baş nazirinin müdafiə və təhlükəsizlik üzrə müavini general-mayor Cəlal Ər-Royşan demişdi biz millətin və hakimiyyətin birliyinə güvənirik.

Həmçinin, Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat Səudiyyə koalisiyasının dəfələrlə pozması nəticəsində Yəməndə atəşkəsin demək olar ki, məhv edildiyini bildirib.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində ABŞ-ın yaşıl işığı və sionist rejimin dəstəyi ilə ən kasıb ərəb ölkəsi olan Yəmənə qarşı 6 aprel 2015-ci ildən genişmiqyaslı hücumlara başlayıb.

8 il Yəmənə təcavüz edib minlərlə insanı qətlə yetirdikdən və ölkənin infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr nəinki məqsədlərinə nail olmadılar, əksinə Yəmən silahlı qüvvələrinin raket və pilotsuz təyyarələrin onların ərazisinin dərinliklərinə endirdiyi zərbələrdən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 1 =