Səudiyyə koalisiyası Yəmənin 2 yanacaq gəmisini ələ keçirib

Səudiyyə koalisiyası Yəmənin 2 yanacaq gəmisini ələ keçirib

Yəmən Neft Şirkəti cümə axşamı gecəsi Səudiyyə koalisiyasının bu ölkədən yanacaq daşıyan iki gəmini ələ keçirdiyini açıqlayıb.

Əl-Məsirənin verdiyi məlumata görə, Yəmən Neft Şirkəti dizel daşıyan “Fos Enerji” və “Şahzadə Həlimə” adlı 2 gəminin Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.

Yəmən Neft Şirkəti Yəməndən yanacaq daşıyan üç gəminin hazırda Səudiyyə koalisiyasının nəzarətində olduğunu bildirib və əlavə edib ki, bu iki gəmi daha əvvəl yoxlanılıb.

İki gün əvvəl Yəmən Neft Şirkətinin sözçüsü Əssam Əl-Mütəvəkkil bəyan etmişdi ki, Səudiyyə koalisiyası Yəmənə qarşı təcavüzünü davam etdirərək, yoxlama və BMT-dən giriş icazəsi almasına baxmayaraq, dizel yanacağı daşıyan “Daytona” gəmisini ələ keçirib.

O, qeyd edib ki, aqressiv Amerika-Səudiyyə koalisiyası tərəfindən neft gəmilərinin ələ keçirilməsi Yəmən xalqına daha çox təzyiq göstərmək, onların ağrı və iztirablarını artırmaq üçün edilir.

Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn, Sudan, Misir və Küveytlə birlikdə 2014-cü il aprelin 6-da qondarma ərəb koalisiyasını yaratmaqla Yəmənə qarşı təcavüzə başlamışdı, lakin bu qəddar təcavüzdən təxminən 7 il sonra Səudiyyə Ərəbistanının digər müttəfiqləri koalisiyadan çıxdı.

Bu illər ərzində əksəriyyəti qadın və uşaq olan minlərlə Yəmən vətəndaşı Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin hava hücumları nəticəsində həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − ten =