Səudiyyə koalisiyasının cinayətləri davam edir: 5 min yəmənli qadın öldürülüb və yaralanıb

Səudiyyə koalisiyasının cinayətləri davam edir: 5 min yəmənli qadın öldürülüb və yaralanıb

Hüquqi təşkilat çoxlu sayda yəmənli qadın və uşağın səhiyyə xidmətlərinə çıxışı olmadığı üçün dünyasını dəyişdiyini bildirib.

Yəmənin qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən “Antsaf” hüquqi təşkilatı ABŞ-ın rəhbərlik etdiyi təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasının cinayətləri ilə bağlı yeni hesabat dərc edib.

Əl-Məsirə xəbər kanalı “Antsaf”ın bəyanatına istinadən Səudiyyə koalisiyasının Yəmənə hücumları zamanı 5322 yəmənli qadının öldürüldüyünü və yaralandığını bildirib.

Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2014-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa çalışmaq iddiası ilə Yəmənə qarşı hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyasının heç bir məqsədlərinə nail olmadı və yalnız on minlərlə yəmənlinin ölümü və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun dağıdılması, aclığın və yoluxucu xəstəliklərin yayılması ilə nəticələndi.

Antsaf hesabatının davamında yazıb: Yəmənli qadınlar sağlamlıqsızlıq, qətl, didərginlik və beynəlxalq qanunlar və nizamnamələrin tələb etdiyi bütün hüquqların pozulması şəraitində yaşayırlar.

Antsaf-ın məlumatına görə, hər iki saatda bir yəmənli qadın və altı uşaq hamiləlik və ya doğuşun ağırlaşması, səhiyyə və xidmətlərə çıxışın olmaması səbəbindən ölür. Bu arada bir milyon beş yüz mindən çox yəmənli hamilə və ya südverən qadın qida çatışmazlığından əziyyət çəkir.

Antsaf ötən ay Uşaqların Müdafiəsi Günü ilə bağlı hesabat dərc edərək, ABŞ-ın komandanlığı altında olan Səudiyyə-BƏƏ koalisiyasının 3860 yəmənli uşağı öldürdüyünü və 4256 uşağın isə yaralandığını yazıb.

Bu təşkilatın məlumatına görə, bu koalisiyanın hücumları 5559-u uşaq olmaqla 6000 mülki şəxsin əlil olmasına səbəb olub. Bir milyon 400 min yəmənli uşaq ən sadə hüquqlarından məhrumdur, beş yaşınadək iki milyon 300 mindən çox uşaq isə qida çatışmazlığından əziyyət çəkir.

Bu hüquq-müdafiə təşkilatı hər gün 80-dən çox körpənin beynəlxalq səviyyədə qadağan olunmuş silahların istifadəsi səbəbindən dünyasını dəyişdiyini vurğulayıb. Vaxtından əvvəl doğulan körpələrin sayının artmasının səbəblərindən biri də bu məsələdir.

Belə ki, hər il yəmənli körpələrin 39%-i vaxtından əvvəl doğulur və bu da bir milyon 120 min körpə deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =