Səudiyyə koalisiyasının hava hücumu nəticəsində 3 yəmənli uşaq şəhid olub

Səudiyyə koalisiyasının hava hücumu nəticəsində 3 yəmənli uşaq şəhid olub

Yəməndə atəşkəsin uzadılması səylərinə və ölkə ordusunun təmkininə baxmayaraq, xəbər mənbələri Səudiyyə koalisiyasının Yəmənin qərbinə hava hücumu nəticəsində 3 uşağın öldüyünü, daha bir uşağın isə yaralandığını bildirib.

Yəmən mənbələri bu gün (çərşənbə axşamı) günortadan sonra Səudiyyə koalisiyasının hərbi təyyarələrinin Əl-Hədidə əyalətini hədəf aldığını açıqlayıb.

 “Əl-Məsirə” kanalı Əl-Hədidədəki müxbirinə istinadən bildirir ki, bu hücumdan sonra “Əl-Cərahi” şəhərinin “Əş-Şaərca” kəndində 3 uşaq şəhid olub, daha bir uşaq isə yaralanıb.

Bu hücum Yəmən silahlı qüvvələrinin bu ölkədə atəşkəs müddətinin başa çatmasına baxmayaraq, Səudiyyə koalisiyasının nümayəndəsi ünvanında Oman nümayəndə heyəti ilə atəşkəsin uzadılması ilə bağlı danışıqlar apardığı və bu müddət ərzində Səudiyyə koalisiyasının mövqelərinə hücum etmədiyi bir şəraitdə həyata keçirilib.

Bu ayın ikisində Yəmən mənbələri Səudiyyə Ərəbistanı qüvvələrkoalisiyasının Yəmənin şimalında yerləşən “Şəda” sərhəd qəsəbəsinə artilleriya hücumu nəticəsində iki nəfərin şəhid olduğunu və onların cəsədlərinin Razihər-Rifi” xəstəxanasına təhvil verildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =