Səudiyyə koalisiyasının hücumları nəticəsində yəmənli şəhidlərin sayı 4 nəfərə çatıb

Səudiyyə koalisiyasının hücumları nəticəsində yəmənli şəhidlərin sayı 4 nəfərə çatıb

Yəmənli mənbələr Səudiyyə Ərəbistanı ordusunun bu ölkəyə yeni hücumlarından sonra yəmənli şəhidlərin sayının 4-ə yüksəldiyini bildirib.

Yəmən mediası bu gün günorta (çərşənbə günü) Səudiyyə Ərəbistanı qüvvələrinin Yəmənin şimalına hücumundan sonra yəmənli şəhidlərin sayının artdığını bildirib.

 “Əl-Məsirə” kanalının xəbərinə görə, Səudiyyə Ərəbistanı ordusunun “Səədə” vilayətinə (Yəmənin şimalı) açdığı atəş nəticəsində şəhid olan 3 Yəmən vətəndaşının cəsədi “Razeh” xəstəxanasına çatdırılıb.

Bu Yəmən kanalı bu gün axşam saatlarında bir Yəmən vətəndaşının Səudiyyə qüvvələrinin sərhəddəki Şada qəsəbəsinə artilleriya hücumu nəticəsində şəhid olması barədə məlumat yayıb.

Əl-Məsirə müxbiri bu gün həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı ordusunun Yəmənin şimalında sərhəddə yerləşən Şəda şəhərinə artilleriya hücumu və Səudiyyə Ərəbistanı hərbi təyyarələrinin Raze sərhəd bölgəsindəki “Əl-Hiclə” qəsəbəsinə hücumu nəticəsində bir Yəmən vətəndaşı yaralanıb.

Bu arada, dünən Yəmən mediası Səudiyyə Ərəbistanı ordusunun sərhəddə yerləşən “Mənbə” bölgəsinin Ər-Raqo qəsəbəsindəki bazarlarında yəmənli vətəndaşlara atəş açdığını və bu aksiya nəticəsində bir nəfərin şəhid olduğunu, beş nəfərin də yaralandığını bildirib.

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların dəstəklədiyi ərəb koalisiyasının başında və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə 2015-ci il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmağa iddiası ilə Yəmənə qarşı hərbi təcavüza başlayıb. Ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyası heç bir məqsədinə nail olmayıb və yalnız minlərlə yəmənlinin ölümü və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun məhv edilməsi, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − four =