Səudiyyə koalisiyasının minalarının partlaması nəticəsində 2 yəmənli uşaq həyatını itirib

Səudiyyə koalisiyasının minalarının partlaması nəticəsində 2 yəmənli uşaq həyatını itirib

Səudiyyə təcavüzkar koalisiyasının Yəməndə qoyub getdiyi mina və partlayıcı maddələrin partlaması yenidən 2 yəmənli uşağın ölümünə səbəb olub.

Mehr xəbər agentliyinin Əl-Məsirəyə istinadən verdiyi məlumata görə, yerli mənbələr Əl-Bəyza şəhəri yaxınlığında yerləşən Əl-Ğurfə bölgəsində Səudiyyə təcavüzkar koalisiyasının qoyduqları minaların partlaması zamanı iki qardaş olan 2 yəmənli uşağın həlak olduğunu bildirib.

Bu partlayış zamanı daha 2 nəfər yaralanıb. Səudiyyə koalisiyasının basdırdığı minaların partlaması ilk dəfə deyil ki, yəmənli uşaqlar və bu ölkənin günahsız insanlarının həlak olmasına səbəb olur.

Bundan əvvəl Yəmən rəsmiləri xəbərdarlıq etmişdilər ki, təcavüzkar Səudiyyə koalisiyası Yəmənə minalardan təmizləmə avadanlığının gətirilməsinə mane olur və bu hərəkət bu ölkə xalqının həyatını təhdid edir.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi də bu yaxınlarda elan edib ki, Yəməndə dinc əhalinin həyatını təhdid edən və insanların və malların keçidinə, habelə humanitar yardımların ölkəyə daxil olmasına mane olan milyonlarla mina və partlayıcı maddə hələ də mövcuddur.

Ofis vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı və minalarla mübarizə üzrə tərəfdaşlar minalar və müharibə qalıqları ilə mübarizədə öz fəaliyyətlərini davam etdirirlər.

Sputnik həmçinin xəbər verir: Yəmənin Ənsarullah təşkilatı fevralın sonunda 8 mindən çox insanın müharibə qalıqlarının qurbanı olduğunu elan edib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasını mina və bomba yerləşdirməkdə günahlandırıb.

Sənanın minalara qarşı mübarizə üzrə icra mərkəzinin direktoru Əli Səfra deyib: 2015-ci ildən bəri 8104 nəfər Yəmənin müxtəlif bölgələrində müharibədən qalan kaset bombaları və partlayıcı maddələrin qurbanı olub. Ötən il aşkar edilən mina və kaset bombalarının sayı 20.252 mina və bombaya çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =