Səudiyyə koalisiyasının qırıcıları Yəmən şəhərlərinə 70 dəfə bomba atıblar
Yəmənin Əl-Məsirə şəbəkəsi Şəbva və Mərib əyalətlərindəki şəhərlərin işğalçı Səudiyyə koalisiyasının qırıcılarının ən ağır hava hücumlarına məruz qaldığını bildirib. Yəmənin Əl-Məsirə şəbəkəsi cümə günü bildirib ki, Şəbva, Mərib, Hiccə və Əl-Cəvf əyalətlərinin bir sıra şəhərləri də Səudiyyə koalisiyasının qırıcılarır tərəfindən hədəfə alınıb.
Hazırda devrilmiş Mənsur Hadi hökumətinin muzdlularının hücumlarına qarşı Yəmən ordusu qüvvələrinin və xalq komitələrinin müqavimətinin şahidi olan Şəbva əyaləti Səudiyyə koalisiyasının ən ağır hava hücumlarına məruz qalıb. Bu zaman Əsilan, Beyhan və Eyn şəhərləri ən azı 45 dəfə bombalanıb.
Marib əyalətində Əl-Vadi şəhərinə 16 dəfə, Əl-Cuba və Sərvah şəhərlərinin hər birinə isə üç dəfə hücum edilib. Hiccə əyalətində Səudiyyə koalisiyası Əbəsin Əl-Cərr bölgəsindəki mülki tarlalara yeddi bomba atıb. Əl-Cəvf vilayətində Xab və Əş-Şaaf şəhərləri iki dəfə bombalanıb.
Yəmənin hərbi mənbələri bu yaxınlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin neftlə zəngin Şəbva vilayətini Əl-Qaidə terror ünsürlərinə təhvil verməyə çalışdığını bildiriblər. Bəzi mənbələr bildirirlər ki, bu tədbirin məsqsədi Ər-Riyad və Əbu-Dabi ilə əlaqəli ünsürlərin mövcudluğunu və ya yaradılmasını asanlaşdırmaqdır ki, onlar terrorçu qrupların bayrağı altında bu vilayətin resurslarını talaya bilsinlər.
ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı Yəmənə qarşı hərbi təcavüzə və 26 aprel 2015-ci ildə Yəmənin istefa vermiş prezidentini geri qaytarmağa çalışdığını iddia edərək qurudan, havadan və dənizdən blokadaya başlayıb.
Hərbi təcavüzlə Səudiyyə koalisiyası heç bir məqsədinə nail olmadı və yalnız on minlərlə yəmənlinin öldürülməsi və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun məhv edilməsi, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə müşayiət olundu.