Səudiyyə koalisiyasının Yəmən vətəndaşlarına qarşı 6 illik cinayətlərinin dəqiq statistikası

Səudiyyə koalisiyasının Yəmən vətəndaşlarına qarşı 6 illik cinayətlərinin dəqiq statistikası

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yəmən Milli Qurtuluş Hökümətinin İnsan Hüquqları Nazirliyi 2015-ci ilin martından 2020-ci ilin avqustuna qədər Səudiyyə koalisiyasının Yəmənə qarşı cinayətlərinin statistikasını açıqladı. 16771 mülki şəxsin şəhid olduğunu və 26359 nəfərin yaralandığını elan etdi.

Yəmən Milli Qurtuluş Hökumətinin İnsan Hüquqları Nazirliyi (Çərşənbə) Səudiyyə koalisiyasının 2015-ci ilin martından 2020-ci ilin avqustunadək Yəməndəki müharibə cinayətlərinə dair bir mətbuat konfransı təşkil etdi.

Əl-Məsira şəbəkəsinə görə konfransda təqdim olunan bu cinayətlərin statistikası belədir:

• 16771 dinc sakin şəhid oldu və 26359 nəfər yaralandı

• 5345 qadının şəhid olması və yaralanması

• 3747 uşağın şəhid olması və 4000 uşağın yaralanması

• Hücumlar nəticəsində 4 milyon 147 mindən çox yəmənlinin məcburi köçkünə çevrilməsi

• Koalisiyanın nəzarətində olan bölgələrdə mindən çox mülki şəxsin oğurlanması və həbs edilməsi.

•Mülki bölgələrə minlərlə quru, dəniz və hava zərbələrinin endirilməsi

• 47-dən çox media təşkilatının və 28 radio və televiziya mərkəzinin məhv edilməsi

• 41-dən çox məhkəmə, 131 idman kompleksi, 364 turizm mərkəzi və 2023 xidmət mərkəzinin məhv edilməsi

• 1324 məscid və 417 qədim və tarixi abidənin dağıdılması

• 486 xəstəxana və sağlamlıq mərkəzi məhv edilərək 92 təcili yardım maşının hədəf alınması

•3722-dən çox təhsil mərkəzinin dağıdılması və 4 milyon 435 min şagird və tələbənin təhsildən məhrum edilməsi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + eight =