Səudiyyə kralı İsrailin cinayətlərinə “dur” deyilməsini tələb etdi!

Səudiyyə kralı İsrailin cinayətlərinə “dur” deyilməsini tələb etdi!

“Beynəlxalq ictimaiyyət İsrailin cinayətlərini dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir” – Səudiyyə Ərəbistanı kralıSəudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib ki, beynəlxalq ictimaiyyət sionist rejimin vəhşi cinayətlərini dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir!

Səudiyyə kralı Salman bin Əbdüləziz müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbriklərini çatdıraraq deyib: “Fələstindəki qardaşlarımızın iztirabları səbəbindən müqəddəs Ramazan ayının gəlməsi bizi kədərləndirir.”

Kral Salman əlavə edib: “Qəzzada fələstinlilər üçün təhlükəsiz humanitar və yardım keçidləri təmin edilməlidir.”

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bazar ertəsini müqəddəs Ramazan ayının ilk günü elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 3 =