Səudiyyə ordusunun hücumu nəticəsində bir Yəmən vətəndaşı şəhid olub

Səudiyyə ordusunun hücumu nəticəsində bir Yəmən vətəndaşı şəhid olub

Yəmən mediası Səudiyyə ordusunun Səədə vilayətinə artilleriya hücumu nəticəsində bu ölkə vətəndaşının şəhid olması barədə məlumat yayıb.

Səudiyyə ordusunun Səədə əyalətinin “Şəda” sərhəd bölgəsinə artilleriya hücumu nəticəsində daha bir Yəmən vətəndaşı şəhid olub.

Zaman-zaman Səədə vilayətinin sərhəd bölgələri beynəlxalq və qlobal sükutun kölgəsində dəfələrlə təcavüzə və Səudiyyənin raket və artilleriya hücumlarına məruz qalır.

“Əl-Məsirə” saytının xəbərinə görə, çərşənbə axşamı Səudiyyə ordusunun Şəda sərhəd bölgəsinə artilleriya hücumu nəticəsində 4 Yəmən vətəndaşı yaralanıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası 2014-cü ilin aprelindən Yəmənin istefa vermiş prezidenti Əbdurəbbih Mənsur Hadini hakimiyyətə qaytarmaq iddiası ilə ölkəyə qarşı hərbi təcavüzə başlayıb və onu qurudan, hava və dənizdən mühasirəyə alıb. Artıq bir ildən çoxdur ki, Oman və digər vasitəçi tərəflərin vasitəçiliyi ilə bu ölkədə müvəqqəti atəşkəs elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − ten =