Səudiyyə pilotu Tel-Əvivin Yəmən müharibəsində iştirakını etiraf edib

Səudiyyə pilotu Tel-Əvivin Yəmən müharibəsində iştirakını etiraf edib

Səudiyyəli pilot sionist döyüşçülərin Yəmənə qarşı müharibədə iştirak etdiyini və onların hədəfləri bombaladığını etiraf edib.

İsrail mediasının məlumatına görə, sionist rejim Səudiyyə koalisiyasının Yəmənə qarşı hərbi əməliyyatında iştirak edir.

Səudiyyə Hərbi Hava Qüvvələrinin pilotlarından olan Məhəmməd bin Məhəmməd etiraf edib: “Husilərin təchizatlarına və ya toy mərasiminə dəqiq hücum etməyi gözləyirdim.” Həmin məsafədən, yəni 30000 fut məsafədən hədəfi müəyyən etmək çətin idi. Üzərində İsrail ulduzu həkk olunmuş F-16 döyüş təyyarəsi hədəfi bombalayıb.

Media Ağ Ev sözçüsünə istinadən yazıb ki, Vaşinqton səudiyyəlilərin İsrailin F-16 qırıcılarını (yəni pilot sionist pilotlarıdır) idarə edə bilməsinə təəccüblənib.

Bir neçə gün əvvəl “Vaşinqton Post” yazıb ki, sionist rejim 2015-ci ildən Yəmənə qarşı müharibədə əsas tərəfdaşdır. Tel-Əvivin Yəmən müharibəsində iştirakı aydındır və rejim təxminən 42 pilot və hərbçi ilə döyüş meydanında bir neçə cinaha komandanlıq edir.

Qəzetin yazdığına görə, sionist rejimin Yəmən müharibəsindəki rolu Babəl-Məndəbdə mövcudluğunu saxlamaq üçün koalisiya tərəflərini hərbi təchizatlarla təchiz etməklə aydın görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =