Səudiyyə rejimi 8 şiə yeniyetməni edam edir

Səudiyyə rejimi 8 şiə yeniyetməni edam edir

Media mənbələri bildirir ki, Ali-Səud rejimi şiələrin silsilə kütləvi edamlarından sonra bu dəfə 8 yeniyetmə üçün ölüm hökmü çıxarıb.

Məlumata görə, bu ölkədə yeniyetmə və gənclərin özbaşına edam edilməsində qara rekorda malik olan Səudiyyə Ərəbistanı bu dəfə hamısı şiə olan bu şəxslərdən daha 8 nəfəri edam etməyi planlaşdırır.

Media fəallarının səhifələrində “Əvqəfu Əl-Məzhabə” (qırğına son) həştəqi trend olub. Bu həşteq bu yeniyetmələrin Ali-Səud rejimi tərəfindən qaçılmaz edam edilməsinə cavabdır.

Abdullah Əl-Huveyti, Abdullah Əd-Dirazi, Əli Əs-Subeyti, Həsən Zəki Əl-Fərəc, Cəlal Ali-Lubad, Mehdi Əl-Muhsin, Cavad Qəriris və Yusif Əl-Manasif Səudiyyə rejimi tərəfindən heç bir izahat irəli sürülmədən ittiham olunan və özbaşına həbs edilən səkkiz Səudiyyə vətəndaşıdır.

Əl-Cəzirə Mirror xəbər saytı Əl-Manasəfin həbsini nümunə götürərək Səudiyyə prokurorluğunun bu şəxs və ən azı beş nəfərə ölüm hökmü verdiyini yazıb.

Bu insanlar arasında Səccad Ali-Yasin adlı yeniyetmə də var. Bu mənbəyə görə, bu altı nəfər 2019-cu ilin sentyabrından Səudiyyə Ərəbistanının Xüsusi Cinayət Məhkəməsində mühakimə olunur. Əl-Manasif 2017-ci ilin aprelində Əl-Qatif məhkəməsinin yaxınlığında çox zorakılıqla həbs edilib.

O, küçədə gəzərkən Səudiyyə qüvvələri ona atəş açıb və heç bir ittiham irəli sürmədən vermədən və ya səbəbini açıqlamadan həbs edib.

Bu xəbərə görə, Səudiyyə hərbçiləri altı aydan sonra Əl-Manasəfin ailəsinə onunla görüşməyə icazə verib və o, bu müddət ərzində təkadamlıq kamerada olub. Hətta Səudiyyə zabitləri tərəfindən bir neçə dəfə işgəncələrə məruz qalmış, huşunu itirmiş və sonra xəstəxanaya aparılmışdır.

Bu yeniyetməyə qarşı irəli sürülən saxta ittihamlar arasında: “Təhlükəsizlik qüvvələrinin gülləsi ilə öldürülən bəzi şəxslərin dəfn mərasimində iştirak etmək, nümayişlərdə iştirak etmək, hökumət əleyhinə şüarlar səsləndirmək, fitnə yaratmaq və təhlükəsizliyi pozmağa cəhd etmək, etiraz aksiyalarına və Səudiyyə Ərəbistanının sabitliyinə xələl gətirən toplantılar, terrorçu dəstələrə qoşulmaq və təhlükəsizlik qüvvələrinə atəş açmaq kimi məsələlər yer alır.

Bu arada Avropa-Səudiyyə İnsan Haqları Təşkilatı ötən şənbə günü verdiyi açıqlamada daha 15 etirazçının Səudiyyə Ərəbistanının məhkəmə orqanları tərəfindən edam cəzasına məhkum edildiyini açıqlayıb.

Bu qurumun məlumatına görə, yeni ölüm hökmlərinin verilməsi ilə həbsxanalarda ölüm hökmünün icrasını gözləyən etirazçıların sayı 8-i 18 yaşdan kiçik olmaqla 53 nəfərə çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =