Səudiyyə rejimi İmam Hüseyn (ə) məscidini dağıtdı VIDEO
Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Əl-Avamiya şəhərinin cənubunda Əl-Zara bölgəsində yerləşən İmam Hüseyn (ə) məscidini dağıdıb.
Deyerler.org xəbər verir ki, İmam Hüseyn (ə) məscidi, şəhid Şeyx Nimr Baqir Ən-Nimrin xütbə söylədiyi, camaat namazı qıldığı və Səudiyyə rejiminin zülmü ilə əlaqədar həqiqətləri ifşa etdiyi və Ərəbistanında Əhli-Beyt (ə) ardıcılllarının ən əhəmiyyətli məscidlərindən biridir.
Ərəbistanlı bir Əhli-Beyt (ə) ardıcılı Adil Əl-Səid bildirib ki, Səudiyyə rejiminin rəsmiləri Əl-Avamiyyədəki İmam Hüseyn (ə) məscidinin dağıdılması barədə qərar verib.
Adil Əl-Səid Səudiyyə rejiminin məscidlə bağlı qərarını tənqid edərək, belə deyib: “Şəhid Şeyx Nimr Baqir Ən-Nimr camaatın imamı və bu məscidin xətibi olduğu üçün İmam Hüseyn (ə) məscidi bir rəmzə çevrilib.
Səudiyyə rejiminin rəsmiləri Qətif bölgəsində Əhli-Beyt (ə) ardıcıllarına qarşı amansız müharibə başladıblar. Şəhid Nimrlə əlaqəli hər şeyi kökündən kəsib məhv etmək istəyirlər, amma nə etsələr də, bu şəhid görünməz məzarında olsa da, azad olanlara ilham verməyə davam edəcək.
Əl-Avamiyyə məscidinin sökülməsi mövcud rejimin ikinci Qətif qiyamının mərkəzi olan İnqilab küçəsindəki onlarla binanı sökmək planının bir hissəsidir. Rejim bölgədəki inqilabi, tələbkar və dinc hərəkətdən intiqam almaq üçün qəddar, düşmənçilik və təcavüzkarcasına Qətif rəmzlərini və ya onların qalıqlarını məhv etməyi planlaşdırıb”.
Bu arada, səudiyyəli sosial şəbəkə istifadəçiləri Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin Əl-Avamiya şəhərindəki İmam Hüseyn (ə) məscidini dağıtdığını bildiriblər.