Səudiyyə rejimi Yəməndə bir neçə bölgəni bombalayıb
Səudiyyə rejiminin qırıcıları Yəmənin bir neçə vilayətini bombalayıb.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə əsasən, Səada əyalətinin əl-Zahir bölgəsi Səudiyyə rejiminin qırıcılarının ən çox hücum hədəfinə çevrildiyi ərazi olduğu bildirilir. Səudiyyə rejiminin Hərbi Hava Qüvvələri Yəmənin qərbindəki Həcc əyalətindəki bölgələri də bombalayıb. Yəmənin cənubundakı mərkəzi əyalət Marib və əl-Bəyda yaşayış bölgələri də bir neçə dəfə Səudiyyə rejiminin qırıcılarının hədəfinə çevrilib. Buna cavab olaraq, Yəmənin Ənsarullah qüvvələri Səudiyyə rejimin cənubundakı Cizan əyalətindəki Əl-Harat bölgəsini top atəşinə tutub.