Səudiyyə rejiminə görə hər il 100.000 yəmənli uşaq həlak olur

Səudiyyə rejiminə görə hər il 100.000 yəmənli uşaq həlak olur

Yəmən Milli Qurtuluş Hökumətinin səhiyyə nazirinin müavini Səudiyyə rejiminin təcavüzkar koalisiyası tərəfindən davam etdirilən hücumları və ölkəyə qarşı tətbiq edilən blokada nəticəsində, Yəməndə hər il 100.000 uşağın öldüyünü söyləyib. Nəcib əl-Kabatinin sözlərinə görə, Yəməndə hər saatda altı yeni doğulmuş uşaq dünyasını dəyişir.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Əl-Kabati Yəmənin mühasirəyə alınmasının, hamilə qadınlar arasında qidalanmanın və uşaq ölümlərinin kəskin şəkildə artmasına səbəb olduğunu və Sana hava limanının bağlanmasının hazırda yeni doğulmuş siyam əkizlərinin xaricə köçürülməsinə ciddi maneə olduğunu əlavə edib. Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə naziri Taha əl-Mutavakil Sana Beynəlxalq Hava Limanının bağlanmasını ölkədəki ehtiyacı olan insanlar üçün təhlükəli olduğunu bildirərək, Birləşmiş Millətlər Təşkilatını xəstələnən Yəmən xalqının həyatını xilas etmək üçün hava limanından uçuşlar təmin etməyə çağırıb. Davam edən qarşıdurma milyonlarla yəmənlini aclıq həddinə gətirib və BMT, Yəmənin dünyanın ən pis humanitar böhranı ilə üzləşdiyini bildirir.

Səudiyyə rejimi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə qarşı hərbi təcavüzə başlayaraq, ölkəni qurudan, dənizdən və havadan mühasirəyə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 5 =