Səudiyyə rejimində yanacaq böhranı yaranıb
Səudiyyə rejiminin vətəndaşları və yəmənli sosial şəbəkə istifadəçiləri cənub bölgədə yanacaqdoldurma stansiyalarının qarşısında uzun maşın növbələrinin şəkillərini paylaşıblar.
Deyerler.org xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri yanacaq böhranını Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) Aramco neft obyektinə qarşı uğurlu raket əməliyyatı ilə əlaqələndiriblər.
Əl-Məsirə televiziyasının xəbərində belə qeyd edilib: “Bu görüntülər Yəmənin və ya Qəzzanın cənubuna aid deyil, Səudiyyə rejiminə aiddir. Dünyanın ən zəngin neft ölkəsi! Minlərlə avtomobil günlərdir yanacaqdoldurma məntəqələrinin qarşısında növbəyə düzülüb. Bəlkə də ölkə neft böhranı ilə üzləşib.
Təəssüf ki, bu görüntülər Səudiyyə rejiminin cənub əyalətlərinin sakinləri səlahiyyətlilər tərəfindən ikinci dərəcəli vətəndaşlar kimi qəbul edilir və bu hal insanların narazılığı ilə əlaqədardır.
Müşahidəçilər bunun Səudiyyə rejiminin koalisiyasının davamlı təcavüzü və blokadaya alınmasına cavab olaraq, Yəmənin “Aramco” neft obyektinə raket hücumu ilə əlaqəli olduğunu söyləyirlər.
“Aramco” neft müəssisəsindən ətraflı məlumat vermədən, Səudiyyə rejiminin cənub əyalətlərinə, xüsusən də Cizana neft məhsullarının verilməməsinin səbəbinin bu neft şirkətindəki neft paylama stansiyalarından birindəki texniki nasazlıqla əlaqələndirib və bu səbəbdən Cizan bölgəsindəki bəzi yanacaq stansiyalarında yanacaq çatışmazlığının yarandığını bildirib.
Aramco-dan verilən açıqlamada deyilir: “Səudiyyə rejiminin energetika naziri Əbdüləziz bin Salman bin Əbdüləzizin əmri ilə Energetika Nazirliyi və Aramco problemi həll etmək və bazarın tələbatını ödəmək üçün çalışırlar”.
Qeyd edək ki, texniki nasazlığın elan edilməsi Yəmən ordusu və Ənsarullahın Ciddədəki neftpaylama stansiyasını hədəfə almasından bir həftə sonra baş verib.