Səudiyyə rejiminin koalisiyası Yəməndə Məaribdən avadanlıqlarını çıxarır

Səudiyyə rejiminin koalisiyası Yəməndə Məaribdən avadanlıqlarını çıxarır

Yəmənin Məarib bölgəsindəki hərbi əməliyyat və təhlükəsizlik proseslərinin inkişafı, Səudiyyə rejiminin koalisiyasının vilayətdə Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələrinə təslim olmağa hazırlaşdığını göstərir.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Yəmənin neft və qaz ehtiyatları ilə zəngin olan və istefa verərək qaçmış Yəmənin eks-prezidenti Mənsur Hadinin rejiminin piyadaları olan Əl-İslah Partiyasının (Yəmən İxvanı) ən vacib mərkəzi olan Məarib vilayətindəki döyüş vəziyyəti ilə bağlı son proseslər toqquşmaların artdığını göstərir. Bu da vilayətin bəzi qərb cəbhələrində Yəmən ordusu və xalq komitələrinin davamlı irəliləməsindən xəbər verir.

Yeri gəlmişkən, xain Hadi və Səudiyyə rejiminin koalisiyasının qüvvələri ən azı Ənsarullah qüvvələrinin hərbi texnikalarını ələ keçirməsinin qarşısını almaq üçün müxtəlif yollarla daha çox vaxt qazanmağa çalışır, bu səbəbdən də Səudiyyə rejiminin bir neçə yük maşınından ibarət karvanı hərbi texnika və avadanlıqları Məarib vilayətinin kənarındakı bazalarına daşıyır.

Moss hərbi və strateji düşərgəsinin keçən həftə çökməsi Məarib şəhərinin və şəhərin şimal-qərb qapısının azad edilməsinə və döyüşlərin şəhərin şimal-qərbindəki Əsəd bölgəsinə və Məaribin şimalındakı Samdəh bölgəsinə keçməsinə yol açdı.

Təxminən bir həftədir ki, Yəmən ordusu Məaribin Səudiyyə rejiminin koalisiyasının müttəfiqlərindən azad olunması uğrunda gedən döyüşlərdə müxtəlif cəbhələrdə irəliləyir, şəhərin azad olunmasına bir addım qalır və təcavüzkarların sıralarında dərin sarsılma və parçalanmalar hökm sürür.

Bəzi məlumatlara görə, ağır hərbi texnikanın daşınması üçün Səudiyyə rejimi yük maşınlarından ibarət yeni karvanı Məarib vilayətinin xaricindən hərbi texnika və silah daşımaq üçün neft əyalətindəki ən əhəmiyyətli Səudiyyə rejimi-BƏƏ hərbi bazalarından sayılan Tədəvin düşərgəsinə girib.

Ordu qüvvələrinin və Ənsarullahın irəliləməsi ilə Səudiyyə rejiminin koalisiyası bir neçə gündür ki, hərbi texnikalarını Məaribdən Əl-Vadia sərhəd bölgəsinə köçürdükləri deyilir.

Xain Hadi rejiminin qüvvələrindəki Əs-Saqur briqadasının komandiri briqada generalı Əhməd Əl-Şərabi, əmrindəki qüvvələrin Məarib əyalətinin qərb hissəsindəki Əl-Muxdarah cəbhəsində yeni sahəyə doğru irəlilədiyini və cəbhədə bir neçə hərbi bazanı ələ keçirməyi bacardığını iddia edib.

Xain Hadi rejiminin qüvvələri sıralarındakı parçalanmalar, cənub və qərb cəbhələrində qarşıdurmaların artmasına görə, dünən (24 noyabr) Yəmənin şimal-şərqindəki son bazası olan Məarib şəhərində fövqəladə vəziyyət elan edilib.

Məarib şəhərindəki yerli mənbələr şəhərdə görünməmiş hərbi qüvvələrin mövcud olduğunu və damlarda nəzarət nöqtələri, həmçinin snayperlər yerləşdirildiyini göstərən şəkillər paylaşır.

Məarib şəhərinin hərbi polisi Məhəmməd Əl-Məqdaşinin əmri ilə Müdafiə Naziri Hadi rejiminin hərbi və təhlükəsizlik karvanının şəhərdə hərəkətini qadağan edib.

Vətəndaşlardan da evlərində qalmaları istənilib.

Məlumatlı qəbilə mənbələri, Hadi rejiminin Məarib şəhərində elan edilmiş fövqəladə vəziyyəti bu ilin sonuna qədər uzatmaq niyyətində olduğunu söyləyib. Məarib sakinləri isə, Ənsarullahı divar yazıları ilə salamlamağa hazırlaşır.

Sakinlər bəzi küçələrin divarlarına Ənsarullah hərəkatına həsr olunmuş şüarlar yazıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 4 =