Səudiyyə təcavüz koalisiyası Səna və Əl-Hədidəyə hücum edib

Səudiyyə təcavüz koalisiyası Səna və Əl-Hədidəyə hücum edib

Səudiyyə-BƏƏ koalisiyasının qırıcıları cümə axşamı səhər Yəmənin paytaxtı və Əl-Hədidə limanındakı ərazilərə dəfələrlə hücum edib.

Ərəb mediası çərşənbə günü səhər saatlarında Səudiyyə koalisiyasının hava hücumlarının Yəmənin paytaxtı Səna, eləcə də strateji Əl-Hədidə limanını vurduğunu bildirib.

Ənsarullah informasiya saytı bölgədən xəbər verib: “ABŞ-Əmirliyi təcavüzkar qırıcıları iki hücumla Səna beynəlxalq hava limanını hədəfə alıblar.”

 “Səudiyyə-BƏƏ hücumlarında həmçinin Yəmən paytaxtının Təhrir bölgəsindəki strateji əraziləri də hədəf alınıb” – deyə,xəbər saytı yazıb. Yəmən mediası Səudiyyə-BƏƏ cinayətkar koalisiyasının qırıcılarının indiyədək Əl-Hədidə limanına dörd dəfə hücum etdiyini vurğulayıb.

Ənsarullah xəbər saytı bir neçə dəqiqə sonra Sənanın Ət-Təvra bölgəsindəki ərzaq mağazalarının da Səudiyyə-BƏƏ koalisiyasının vəhşi hücumlarının hədəfinə çevrildiyini yazdı. Səudiyyə təcavüzkar koalisiyasının sözçüsü də bəyanat yayaraq iddia edib:

“Bizi hədəfə alan düşmən cəhdləri və təhlükəsini neytrallaşdırmaq üçün davamlı proses tələb olunur. Bu əməliyyat beynəlxalq humanitar hüquq və ənənəvi qanunlarla uyğundur”.

Əl-Ərəbiyyə saytının məlumatına görə, Səudiyyə təcavüzkar koalisiyasının bəyanatında belə deyilir:

“Biz Əl-Hədidədəki [Yəmən] dəniz donanmasının silah anbarını hədəf aldıq. Bu silahlar kommersiya pərdəsi altında Əl-Hədidə limanına aparılıb. Əl-Hədidə limanı regional və beynəlxalq təhlükəsizliyi təhdid edən hərbi kazarmadır”.

Dünən gecə saatlarından bu gün səhərədək koalisiya qırıcıları Sənanı və ətraf əraziləri 15 dəfə bombalayıb. Bazar ertəsi axşam Sənanın Əl-Muin bölgəsinin bombalanması nəticəsində 12 şəhid və 11 yaralı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =