Səudiyyəli fəal Bin Salmanın sağ əlini tənqid edir: Niyə ailənizi korrupsiya festivalına gətirmədiniz?!-Foto
Middle Best 2022 Riyad festivalındakı əxlaqi qalmaqallar bu ölkənin kiber məkanının ən aktual mövzusudur. Rəqs səhnələri və əxlaqsız davranışlar bu ölkənin ənənəvi cəmiyyətinin geniş etirazına səbəb olub.
Səudiyyəli fəal Turki Əş-Şəlhub tvitter hesabında yazıb: “Türki Ali-Şeyx niyə öz təşkilatının məclislərinə həyat yoldaşını, qızlarını və ya bacılarını gətirmir?”
Bin Salmanın sağ əli kimi tanınan Türki Ali-Şeyx Ali-Səud Əyləncə və İstirahət Təşkilatının rəhbəri və vəliəhd şahzadənin bu ölkədə iğtişaşlar yaradan islahat layihəsinin rəhbəridir.
Ali-Şeyxin vəhy diyarında qeyri-etik mərasimlər və bayramlar keçirmək, rəqs etməklə bağlıfəaliyyətləri bu ölkə əhalisinin, xüsusən də sosial şəbəkələrdə geniş tənqidlərinə səbəb olub.
Səudiyyə Ərəbistanında gənc qız öz təcrübəsindən danışaraq izləyicilərinə Middle Best festivalına getməməyi tövsiyə edib.
Bundan əvvəl bu proqram zamanı gənc qızlara təcavüz edildiyini göstərən video yayılmışdı.
“Nəhvəl-Hurriyyə” [Azadlığa doğru] hesabının sahibi Twitter hesabında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Middle Best ” festivalının şəklini yerləşdirib və şərhində yazıb:
“İnanın ki, cəmiyyət açıq-aşkar bu əxlaqsızlıqlara qarşıdır, amma media onları çatdırmır və ictimaiyyətin onları qəbulunu şişirdir, çünki onlar bu layihənin xidmətindədirlər!”