Səudiyyəli müxalifi: Məhəmməd ibn Salman növbəti Səddam Hüseyndir

Səudiyyəli müxalifi: Məhəmməd ibn Salman növbəti Səddam Hüseyndir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müxaliflərindən olan Ömər Əbdül Əziz vəliəhd Məhəmməd ibn Salmanın vəzifəsindən kənarlaşdırılmasının vacibliyini vurğulayıb.

Əbdül Əziz, İbn Salman işinə davam edərsə, bölgədə yeni bir Səddam Hüseynin şahidi olacağıq, deyib.

“Əl-Xəlic Əl-Cədid” xəbər saytının yazdığına görə Səudiyyə müxalifətçisi belə deyib: “Ali-Səud ailəsində alternativlərimiz var. Baxmayaraq ki, mənim onlardan xoşum gəlmir, amma bəzilərinin sərbəst buraxılması Məhəmməd ibn Salmana təzyiq göstərə bilər.”

“Biz Səudiyyə Ərəbistanında sərbəst danışmaq haqqına malik olmaq istəyirik. Biz ibn Salmanın islahatlarına qarşı deyilik. Lakin islahatlar insanları qətlə yetirmədən və minlərlə insanı həbs etmədən də edilə bilər”, deyə Əbdül Əziz bildirib.

O, həmçinin qeyd edib: “Daha çox səy göstərməliyik. Məhəmməd ibn Salman şəxsən sanksiya olunmalıdır. Deyəsən o, keçmişdən dərs almayıb.”

Səudiyyə müxalifi belə əlavə edib: “İbn Salman təkcə Səudiyyə Ərəbistanı üçün deyil, bütün bölgə üçün bir təhlükədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 20 =