Səudiyyəli təbliğatçı İvəz Əl-Qərəni edam cəzasına məhkum edilib

Səudiyyəli təbliğatçı İvəz Əl-Qərəni edam cəzasına məhkum edilib

2017-ci ildə həbs cəzasına məhkum edilmiş səudiyyəli təbliğatçı ölkə prokurorunun qərarı ilə “edama” məhkum edilib.

Səudiyyə Ərəbistanının prokuroru bu ölkədəki dini, ziyalı və siyasi şəxsiyyət və təbliğatçıardan olan İvəz Əl-Qərəninin edam edilməsini tələb edib.

AFP xəbər agentliyi Səudiyyə Ərəbistanının prokurorluğunun Əl-Qərəninin bu ölkə əhalisini”qiyama təhrik etdiyini” iddia etdiyi məhkəmə sənədini əldə etdiyini və bu səbəbdən bu mübəlliğin edam edilməsinin vacibliyini vurğulayır.

İvəz Əl-Qərəni 2017-ci ildə həbs edilən din xadimləri arasındadır. Həmin vaxt Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman müxaliflərini susdurmaq və nəticədə onları məhv etmək üçün geniş hücumlara başlayıb.

Səudiyyənin bu qurumu iddia edir ki, bu hökmün verilməsinə səbəb sosial şəbəkələrdə Əl-Qərəninin “insanları fəsada sürükləyən fikir və ideyalarının yayılması” olub.

Əl-Qərəninin Twitter hesabının iki milyon izləyicisi var. O, İxvanul-Muslimin-i dəstəkləməkdə və Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etməkdə ittiham olunur.

İvəz Əl-Qərəni cəzasında bildirilir ki, o, cəmiyyəti hakimə qarşı təhrik etmək və ölkədə iğtişaş yaratmağa çalışıb.

AFP bununla bağlı Səudiyyə rəsmiləri ilə əlaqə saxladığını, lakin onlar heç bir izahat vermədiklərini açıqlayıb.

Bu arada Səudiyyə Ərəbistanı öz imicini bərpa etmək üçün milyardlarla dollar xərcləyir, lakin insan haqları təşkilatları bu ölkənin məhkəmə sisteminin birmənalı şəkildə insan hüquqlarını pozduğunu vurğulayır.

Bu yaxınlarda iki səudiyyəli qadın hökumət əleyhinə yazdığı tvitlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + twenty =