Səudiyyənin əl-Ərəbiyyə kanalı oktyabrın 7-dən sonra yayım siyasətini necə dəyişdi?

Səudiyyənin əl-Ərəbiyyə kanalı oktyabrın 7-dən sonra yayım siyasətini necə dəyişdi?

Səudiyyə dövlətinin maliyyələşdirdiyi əl-Ərəbiyyə nəşri o qədər irəli gedib ki, sionist rejimin hərbi sözçüsü üçün platforma hazırlayıb.

Səudiyyə Ərəbistanının əl-Ərəbiyyə xəbər kanalı Fələstin müqavimət qruplarının oktyabrın 7-də işğalçı sionist rejimə qarşı başlatdığı əməliyyatdan sonra yayım axınını dəyişib.

Daha əvvəl İsrail rəsmiləri ilə görüşdən yayınan kanal rejimin hərbi sözçüləri ilə müsahibələr yayımlamağa başlayıb.

İyunun 19-da Əl-Ərəbiyyə sionist işğalçı qüvvələrin sözçüsü kontr-admiral Daniel Həcəri ilə canlı müsahibəni yayımlayıb.

Həcəri Livan Hizbullahının Livan xalqını “sömürdüyünü” iddia edib. Müsahibə izləyicilərin sərt tənqidinə səbəb oldu, bəziləri əl-Ərəbiyyəni “İbrani, sionist kanal” olmaqda ittiham etdi.

Bu dəyişiklik vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında Səudiyyə Ərəbistanının media landşaftında və xarici siyasət prioritetlərində daha geniş dəyişiklikləri əks etdirir.

Əl-Ərəbiyyə 2003-cü ildə Səudiyyə investorlarının dəstəyi ilə Qətərin Əl-Cəzirə kanalına rəqib olaraq yaradılıb. Kanal ərəb dövlətləri ilə sionist rejim arasında normallaşma səylərinə daha rəğbətlə yanaşdı.

Bununla belə, Əl-Ərəbiyyə Səudiyyə-İsrail normallaşmasına ehtiyatla yanaşmaqda davam edir.

Qəzzaya hazırkı hücumlar zamanı əl-Ərəbiyyə HƏMAS rəsmiləri ilə diqqətəlayiq müsahibələr aparıb.

Jurnalist Raşa Nabil HƏMAS-ın yüksək səviyyəli xadimi Xalid Məşələ müqavimət qrupunun taktikası və mülki itkilərə görə üzr istəyəcəyi ilə bağlı ritorik suallar verib. Kanalın uzun müddətdir HƏMAS ilə gərgin münasibətləri var.

“Haaretz” qəzeti “əl-Ərəbiyyə”nin xəbərlərinin dəyişdirilməsini “əl-Cəzirə”nin və siyasi İslama rəğbət bəsləyən digər nəşrlərin təbliğ etdiyi rəvayətlərə qarşı çıxmaq cəhdi kimi görür.

Qəzetə danışan araşdırmaçı Orit Perlov, “Bu, İsrailə olan sevgidən deyil, siyasi İslama qarşı mütləq nifrətdən qaynaqlanır” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 6 =